Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fiziologiya İnstitutunun direktoru Qazaxıstanda keçirilmiş beynəlxalq tədbirdə iştirak edib
16.04.2015 00:00
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunun direktoru Qazaxıstanda keçirilmiş beynəlxalq tədbirdə iştirak edib

Qazaxıstanın Astana şəhərində Herontoloqların I Avrasiya Konqresi keçirilib. Avropa Herontoloqlar və Geriatorlar Assosiasiyası, Qazaxıstan Respublikasının Prezidentinin İşlər İdarəsinin Tibb Mərkəzi, Qazaxıstan Respublikasının Herontoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Rusiya, ABŞ, Belarus, Ukrayna, Azərbaycan, Cənubi Koreyadan olan alim və mütəxəssislər iştirak ediblər.

Konqresdə insan ömrünün uzadılmasının və sağlam uzunömürlülüyün tibbi-bioloji aspektlərinin müzakirəsi aparılıb.

Plenar iclasda AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova “Azərbaycanda herontoloji tədqiqatlar: müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanlı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: