AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı İstanbulda keçirilmiş IV Dünya Türk Forumunda “Rusiya və Gürcüstan arxiv materialları əsasında Şərqi Anadoluda və Cənubi Qafqazda şərait və erməni silahlı dəstələrinin fəaliyyətləri (1917, fevral – 1918, fevral)” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Birinci Dünya müharibəsinin son mərhələsində, xüsusən 1918-ci il martın 31-də törədilən soyqırımınadək olan müddətdə Şərqi Anadoluda və Cənubi Qafqazda dinc türk-müsəlman əhalinin kütləvi şəkildə qətlə yetirilməsi arxiv mənbələri əsasında təqdim edilib.
<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>