Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru “Milli irs-2015” mükafatına layiq görülüb
18.04.2015 00:00
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru “Milli irs-2015” mükafatına layiq görülüb

AR Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində “Milli irs-2015” mükafatının təqdimat mərasimi keçirilib. Tədbir Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilib.

Tədbir çərçivəsində üç nominasiyada “Milli irs-2015” mükafatının təqdimat mərasimi keçirilib. “Azərbaycanın mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərə görə” nominasiyasında Qax Rayon İcra Hakimiyyətinin rəhbərliyi, “Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərə görə” nominasiyasında “Yol” jurnalı, “Azərbaycan mədəni irsinin tədqiqində xidmətlərə görə” nominasiyasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova mükafatlandırılıb.

Mərasimdə, həmçinin Azərbaycanın maddi irsinin tədqiqi sahəsində xidmətləri olan tədqiqatçılara Mədəniyyət və Turizm Nazirliyinin fəxri diplomları və pul mükafatları təqdim olunub. Mükafatlandırlımış tədqiqatçılar sırasında Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, Şəki arxeoloji ekspedisiyasının rəhbəri Nəsib Muxtarov da olub.

<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>

  • Paylaş: