www.science.az
04.03.2015 00:00

AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Möhkəmləndirilmiş anizotrop silindrik örtüyün mühitlə rəqsləri və dayanıqlığı” mövzusunda növbəti ümuminstitut seminarı keçirilib. Seminarda “Dalğa dinamikası” şöbəsinin əməkdaşı, prof. Fuad Lətifov məruzə edib.

Məruzədə möhkəmləndirilmiş anizotrop silindrik örtüyün özlü-elastiki mühitlə birgə rəqsləri, möhkəmləndirilmiş anizotrop, qeyri-bircinc silindrik örtüyün maye ilə birgə rəqsləri, möhkəmləndirilmiş anizotrop silindrik örtüyün özlü-elastiki mühitlə həndəsi qeyri-xətti rəqsləri, möhkəmləndirilmiş anizotrop silindrik örtüyün özlü-elastiki mühitlə parametrik rəqsləri məsələlərindən danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.