Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA prezidenti İspaniyanın Donostia Beynəlxlaq Fizika Mərkəzinin professoru ilə görüşüb
04.03.2015 00:00
  • A-
  • A
  • A+

AMEA prezidenti İspaniyanın Donostia Beynəlxlaq Fizika Mərkəzinin professoru ilə görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzinin professoru Yevgeniy Çulkov ilə görüşüb. Qonağı salamladıqdan sonra akademiyanın elmi müəssisə və təşkilatlarında müxtəlif istiqamətlərdə aparılan tədqiqatlar, əldə edilən uğurlar haqqında məlumat verən akademik A.Əlizadə müasir dövrdə Azərbaycan elminin nailiyyətlərinin xüsusilə innovativ xarakter daşıdığını bildirib.

Professor Y.Çulkov isə səmimi qəbula və ikitərəfli elmi əlaqələrin inkişafındakı xidmətlərinə görə AMEA rəhbərinə öz təşəkkürünü bildirib.

Sonra akademik A.Əlizadə Azərbaycan elminin dünya elminə və təhsil sistemlərinə inteqrasiyasından danışıb, həmçinin AMEA-da gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqinin genişləndirildiyini diqqətə çatdırıb.

Sonda AMEA və sözügedən mərkəz arasında qeyri-üzvü materialşünaslıq və digər perspektiv istiqamətlər üzrə elmi əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: