Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan və MDB ölkələri sənətşünaslığının aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
05.03.2015 00:00
  • A-
  • A
  • A+

“Azərbaycan və MDB ölkələri sənətşünaslığının aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Martın 6-da saat 10:30-da AMEA-nın Əsas binasının konfrans zalında Memarlıq və İncəsənət İnstitutunun 70 illiyinə həsr edilmiş “Azərbaycan və MDB ölkələri sənətşünaslığının aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransda Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan və digər ölkələrdən olan alim və mütəxəssislər iştirak edəcəklər.

Tədbirdə “Azərbaycan incəsənətinin öyrənilməsi: tarix və müasirlik”, “Vatikan arxivlərində ilk dəfə təsvir etdiyimiz türkdilli əlyazmalar”, “Özbəkistan ənənəvi incəsənətində Tenqrinin işarə və rəmzləri”, “Qədim dövr və erkən köçərilər dövrü Qazaxıstan incəsənət tarixinin yaradılmasının nəzəri aspektləri” və s. mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: