Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Yer Elmləri Bölməsinin növbəti Büro iclası keçirildi
30.09.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Yer Elmləri Bölməsinin növbəti Büro iclası keçirildi

Bu gün AMEA Rəyasət Heyətində AMEA Yer Elmləri Bölməsinin (YEB) növbəti Büro iclası keçirildi.

İclasda YEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov, bölmənin üzvü, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, akademik-katibin müavinləri – AMEA-nın müxbir üzvləri Pərviz Məmmədov və Əkpər Feyzullayev, büro üzvləri - AMEA-nın müxbir üzvləri Hətəm Quliyev, Ramiz Məmmədov, Elmira Ramazanova və bölmənin elmi katibi Aliyə Əzizbəyova iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov gündəlikdəki məsələlər barədə məlumat verdi. F.Qədirov bildirdi ki, AMEA Rəyasət Heyətinin 18 sentyabr 2013-cü il tarixli iclasında AMEA-nın 70 illik yubileyinin yüksək səviyyədə təşkili ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir. AMEA-nın elmi bölmələrinə və regional elmi mərkəzlərinə yubileylə bağlı təkliflərin hazırlanaraq komissiyaya təqdim edilməsi tapşırılmışdır.

YEB-in akademik-katibi yubiley ilə əlaqədar kitabın hazırlanaraq nəşr olunması, bununla bağlı filmin çəkilməsi, televiziya arxivlərində AMEA ilə bağlı videomaterialların toplanılması məsələlərini yüksək qiymətləndirdi.

 Tədbirdə AMEA-nın 70 illik yubileyinin (2015-ci il mart ayında) keçirilməsi planına aid təkliflər irəli sürüldü, AMEA Geologiya İnstitutunun strukturunda “Neftin geokimyası” şöbəsinin yaradılması və mövcud olan “Neft və qazın geologiyası və geokimyası” şöbəsinin adının dəyişdirilərək “Çökmə hövzəsinin flüid dinamikası” adlandırılması məsələləri müzakirə edildi. 

İclasda YEB-in ”Xəbərlər” jurnalının redaksiya heyətinin tərkibində dəyişiklik edilməsi məsələsinə də baxıldı. Jurnalın beynəlxalq elm aləminə inteqrasiyası məqsədilə yüksək istinad indeksli məqalə müəlliflərinin, dünyanın nüfuzlu alim və mütəxəssislərinin redaksiya heyətinə cəlb olunması haqqında təkliflər səsləndirildi.

Sonda gənclərin xaricdə təhsili ilə əlaqədar Dövlət Proqramı çərçivəsində 2014-2015-ci tədris ili üçün prioritet ixtisaslarının da müzakirəsi aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: