Martın 12-də saat 11:00-da AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Bakı Avropa Liseyinin şagirdləri üçün “Açıq qapı” günü keçiriləcək. Məqsəd şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılmasıdır.
Tədbir çərçivəsində şagirdlərə “Ağıllı-smart polimerlər” mövzusunda məruzə ediləcək, ”Əyləncəli kimya təcrübələri” nümayiş etdiriləcək, kimya fənni üzrə viktorina keçiriləcək və qaliblər tərifnamə ilə təltif olunacaqlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.