Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Postmodern və multikulturalizm: fənnlərarası diskurs” kitabı nəşr olunub
16.03.2015 00:00
  • A-
  • A
  • A+

“Postmodern və multikulturalizm: fənnlərarası diskurs” kitabı nəşr olunub

AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayevanın“Postmodern və multikulturalizm: fənnlərarası diskurs” adlı kitabı işıq üzü görüb. Monoqrafiya postmodern fenomeni, onun törəmə sözləri və multikulturalizmin fənlərarası təhlilinə həsr olunub.

Kitab müəllifin ayrı-ayrı kitabların fəsillərində və beynəlxalq nəşrlərdə dərc edilmiş tədqiqatının davamıdır.

Altı fəsildən ibarət olan nəşrdə postmodernin və müasir fəlsəfənin bir sıra problemlərinin analizi ilə yanaşı, multikulturalizmin elmi-metodoloji tərəfləri və onun postmodernizmin fəlsəfi əsasları ilə əlaqəsi işıqlandırılıb. Müasir cəmiyyət və şüur, fənnlərarası dialoq, poststrukturalizm, dialoqun fəlsəfəsi, modernin postmodernlə əlaqəsi, postmoderndə qlokallaşma, dekonstruksiya və s. məsələlər təhlil olunub.

Yeni nəşr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən alimlərə, postmodernizm və multikulturalizm anlayışları ilə əlaqədar proseslərin problematikasını tədqiq edən mütəxəssislərə tövsiyyə olunub. Monoqrafiya dərs vəsaiti kimi də istifadə oluna bilər.

Qeyd edək ki, bu araşdırmadan öncə mövzu ilə əlaqədar Roida Rzayevanın Türkiyə türkcəsində “Rus və Azərbaycan qaynaqlarında türk modernləşməsi” adlı monoqrafiyasının, 2014-cü ildə isə İngiltərənin Kembric Skolars Pablişinq nəşriyyatının (Cambridge Scholars Publishing) kitabında və Oksfordda nəşr olunan topluda ingilis dilində fəsilləri çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: