Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA prezidenti Polşada keçirilən beynəlxalq elmi konfransda iştirak edəcək
19.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA prezidenti Polşada keçirilən beynəlxalq elmi konfransda iştirak edəcək

AMEA prezidenti, akademik Akif Əlizadə 24-28 noyabr 2013-cü il tarixlərdə Polşada ezamiyyətdə olacaq. AMEA rəhbəri Varşava Universitetində keçiriləcək “Azərbaycan-Polşa” II Beynəlxalq elmi konfransında iştirak edəcək. Tədbirdə A.Əlizadənin “Azərbaycan-Polşa elmi əlaqələri: keçmişdən gələcəyə, ənənədən müasirləşməyə doğru” mövzusunda məruzəsi dinləniləcək. Konfrans Azərbaycan Respublikasının Polşadakı səfirliyi və Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin Türkologiya və Orta Asiya xalqları bölməsinin təşkilatçılığı ilə həyata keçiriləcək.
 
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: