Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi
19.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi. Tədbirdə institutun Elmi Şurasının üzvləri və gənc mütəxəssislər iştirak edirdilər. İclası giriş sözü ilə açan institutun direktoru, tarix üzrə elmləri doktoru, professorMaisə Rəhimova gənc tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini qeyd etdi. Şuranın yaradılmasının əhəmiyyəti, məqsəd və vəzifələrindən danışan M.Rəhimova elmi qurumda çalışan gənclərin geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb olunması istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini, dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə gənclərin fəal iştirak etdiyini nəzərə çatdırdı. İnstitutun həmkarlar təşkilatının sədri tarix üzrə f.d. Abuzər Ələkbərov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları qarşıda duran problemlərdən, gələcək planlarından danışdılar. Sonra yeni yaranan şuraya namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildilər. İdarə heyətinin tərkibi 11 nəfərdən ibarət olmaqla şuranın sədri tarix elmləri üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov, müavini tarix elmləri üzrə fəlsəfə doktoru Ceyhun Eminli, katibi elmi işçi Fidan Əliyeva seçildilər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: