www.science.az
13.03.2015 00:00

“Azərbaycan-İsrail” Beynəlxalq Asossiasiyasının üzvü Əlyazmalar İnstitutunda olub

Martın 11-də “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyası (Azİz) idarə heyətinin üzvü, beynəlxalq münasibətlər üzrə ekspert, Hayfa Universitetinin doktorantı Arye Qut AMEAƏlyazmalar İnstitutunda olub.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli qonağa qurumun fəaliyyəti barədə məlumat verib.

Görüşdə İsrail Milli Kitabxanası ilə Əlyazmalar İnstitutunun akademik əlaqələrinin genişləndirilməsi, İsrail arxivlərində saxlanılan Azərbaycan əlyazmalarının araşdırılması və ölkəmizə gətirilməsi istiqamətində müzakirələr aparılıb.

A.Qut İsraildə Azərbaycana aid olan əlyazmaların üzə çıxarılmasında kömək göstərəcəyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.