www.science.az
13.03.2015 00:00

Akademik Xoşbəxt Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının “Elm və incəsənət cəngavəri” fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) “Elm və incəsənət cəngavəri” fəxri adına layiq görülüb. AMEA Rəyasət Heyətinin 12 mart 2015-ci il tarixli iclasında AMEA prezidenti, akademik Akif Əlizadə “Elm və incəsənət cəngavəri” fəxri adı və döş nişanını alimə təqdim edib.

Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü Elmira Ramazanovaya “Yer təkinin sistemli araşdırmaları” seksiyası üzrə RTEA-nın xarici üzvü diplomu təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.