Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı” keçiriləcək
13.05.2015 08:42
  • A-
  • A
  • A+

“İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı” keçiriləcək

14 may 2015-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı” keçiriləcək.

 Konfransın istiqamətləri: 

İnformasiya təhlükəsizliyinin siyasi, hüquqi və hərbi problemləri 

İnformasiya təhlükəsizliyinin sosial-psixoloji və kulturoloji problemləri 

İnformasiya təhlükəsizliyinin sosial-iqtisadi problemləri 

İnformasiya təhlükəsizliyinin beynəlxalq əməkdaşlıq problemləri 

Qlobal informasiya məkanında dövlətlərin informasiya suverenliyi problemləri

 Media və informasiya təhlükəsizliyi problemləri 

Milli informasiya təhlükəsizliyi sisteminin formalaşdırılması problemləri 

Dövlət sirri emal edilən kompüter sistemlərində informasiya təhlükəsizliyi

 İnformasiya təhlükəsizliyinin idarə edilməsi və koordinasiya problemləri 

Müasir sosial-iqtisadi sistemlərin informasiya təhlükəsizliyi

E-dövlətin informasiya təhlükəsizliyi problemləri 

E-imza və e-sənəd dövriyyəsi: hüquqi, təşkilati və texnoloji problemlər 

Milli kriptoqrafiya siyasətinin formalaşdırılması problemləri 

E-xidmətlərin və e-kommersiyanın informasiya təhlükəsizliyi

İnformasiya təhlükəsizliyi texnologiyaları 

Fərdi məlumatların mühafizəsi: hüquqi problemlər və yeni texnoloji həllər 

İnformasiya müharibəsi texnologiyaları 

İnformasiya təhlükəsizliyinin qanunvericilik bazasının təkmilləşdirilməsi problemləri 

İnformasiya təhlükəsizliyi standartları və sertifikatlaşdırma 

Şəbəkə və kommunikasiya sistemlərinin informasiya təhlükəsizliyi 

Veb-sistemlərin təhlükəsizliyi 

Bulud texnologiyalarının təhlükəsizliyi 

Big Data texnologiyalarının informasiya təhlükəsizliyi problemləri 

Biometrik informasiya texnologiyaları 

İnformasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi 

İnformasiya təhlükəsizliyi risklərinin idarə edilməsi 

İnformasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması problemləri 

İnformasiya təhlükəsizliyi üzrə kadr hazırlığı problemləri 

Məruzələrin tərtibatına dair tələblər 

Əvvəllər çap olunmamış və konfransın elmi istiqamətlərinə uyğun aktual elmi-praktiki problemlərə dair materiallar qəbul olunur. 

Məruzə həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) çox olmamaq şərtilə elektron şəkildə infosec@iit.ab.az ünvanına təqdim edilməlidir. 

Məruzədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, elmi yenilik və əldə olunmuş nəticələrin praktiki əhəmiyyəti əks olunmalıdır. 

Məruzənin formatı konfrans məqalələri üçün IEEE standartına uyğun olmalıdır. Məqaləyə ingilis dilində müəllif(lər)in soyad(lar)ı, məqalənin adı və məqalənin annotasiyası əlavə edilməlidir. 

Məruzələr 10 aprel 2015-ci il tarixinədək təqdim edilməlidir. 

Müəlliflərin 1 may 2015-ci il tarixinədək məruzələrin qəbulu haqqında məlumatlandırılması nəzərdə tutulur. 

Konfrans məqalələri üçün IEEE şablonunu buradan yükləmək olar: Sample_IEEE 

IEEE şablonunun Azərbaycan dilinə tərcüməsi: Sample_AZ 

Əlaqə məlumatları: 

AMEA İnformasiya Texnologiyaları İnstitutu 

Tel: (+994 12) 539-01-67

 (+994 12) 510-42-53 

E-poçt: infosec@iit.ab.az 

Faks: (+994 12)539-61-21

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: