Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Qərb bölgəsinin milli-mənəvi dəyərləri” mövzusunda respublika elmi konfransı keçiriləcək
14.05.2015 08:07
  • A-
  • A
  • A+

“Qərb bölgəsinin milli-mənəvi dəyərləri” mövzusunda respublika elmi konfransı keçiriləcək

İyunun 15-də AMEA-nın Gəncə Bölməsində “Qərb bölgəsinin milli-mənəvi dəyərləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

15 İyun - Milli Qurtuluş Günü münasibətilə  keçiriləcək konfransda aşağıdakı elmi istiqamətlər üzrə müzakirələr aparılacaq:

-          Heydər Əliyev və Azərbaycanın milli-mənəvi dəyərlərinin tədqiqi və təbliği;

-          Qərb bölgəsinin folkloruna dair;

-          Kulturologiya;

-          Qərb bölgəsinin mütəfəkkirləri.

Məqalələrin tərtibatına dair  tələblər:

Məqalə vərəqin sol tərəfindən   2,5 sm,  sağ tərəfindən 1,5 sm,  yuxarıdan və aşağıdan  2,5 sm məsafə saxlanmaqla çap olunmalıdır.

Vərəqin baş tərəfində solda məqalənin mətninə uyğun UOT (UDK) yazılmalı, sağda müəlliflərin soyadları,  alt hissədə məqalənin adı böyük hərflərlə, müəssisənin adı yazılmalıdır.

Məqalədə üç dildə (Azərbaycan, rus və ingilis) açar sözlər verilməlidir.

Dərc olunduğu dildən əlavə iki dildə (rus və ingilis dillərində), 300 sözdən artıq olmamaq şərtilə  məqalənin xülasəsi verilməlidir. Müxtəlif dillərdə olan xülasələr bir-birinin eyni olmalı və məqalənin məzmununu əhatə etməlidir. Xülasələrdə müəlliflərin əldə etdiyi elmi nailiyyətlər yığcam şəkildə öz əksini tapmalıdır. Hər bir xülasədə məqalənin adı, müəllifin (müəlliflərin) tam adı göstərilməlidir.

Mətnin sonunda istifadə olunmuş ədəbiyyat siyahısı verilməlidir.

Məqalə A4 formatında, 12 ölçülü “Times New Roman” şrifti ilə 1 intervalda yazılmalı, 3-7 səhifə həcmində olmalıdır.

Məqalələrin son göndərilmə tarixi: 30 may 2015-ci il

Konfransda iştirak etmək istəyənlər məqalələrin tezislərini AMEA Gəncə Bölməsi (Gəncə ş., Heydər Əliyev prospekti 153), elektron formada ameagb@gmail.com ünvanına təqdim etməlidirlər. 

Telefon: (022) 256 43 62

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: