Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

18.05.2015 08:39
  • A-
  • A
  • A+

Səudiyyə Ərəbistanının alimləri AMEA Əlyazmalar İnstitutunda olublar

Səudiyyə  Ərəbistanının alimləri AMEA Əlyazmalar İnstitutunda olublar

Səudiyyə Ərəbistanı Krallığı  Kral Abdulla adına Tədqiqat  və  Arxiv Fondunun (DAHAR) Milli Əlyazmalar Mərkəzinin direktoru cənab Abdulaziz Abdulrahman Alhelvan, Ticarət və Sənaye Nazirliyinin Marketinq  və Kommunikasiya  üzrə mütəxəssisi  Hamad Abdullah  Hamad  Alvtian və İslam Əlaqələr Nazirliyinin müşaviri Abdulaziz Nasir əl-Saleh AMEA Əlyazmalar İnstitutunda olublar.

Görüşdə AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyamalar İnstitutunun  direktoru, akademik Teymur Kərimli müştərək islam abidələrinin tədqiqində Səudiyyə  Ərəbistanının alimləri ilə birgə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov bu müəssisənin yaranma tarixi, görülən tədqiqat işləri barədə qonaqlara məlumat verib.

Görüşdə elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli Əlyazmalar İnstitutunda yazılı abidələrin rəqəmsallaşdırılması (elektron variantın yaradılması) barədə danışıb. Ərəbdilli əlyazmalar şöbəsinin müdiri, fil.ü.e.d. Kamandar Şərifli  institutda ərəbdilli əlyazmaların tədqiqi sahəsində görülən işlərdən söz açıb.

Cənab Abdulaziz Abdulrahman birgə əməkdaşlığın səmərəli olacağına əminliyini ifadə edib. İslam Əlaqələri Nazirliyinin müşaviri cənab Abdulaziz Nasir əl-Saleh Əlyazmalar İnstitutu ilə Krallığın  Milli Əlyazmalar Mərkəzi arasında geniş əlaqələrin yaranacağına ümidvar olduğunu bildirib.

Qonaqlar, həmçinin institutun əlyazmalar sərgisi və əlyazmaların elektronlaşdırılması prosesi ilə məşğul olan şöbəylə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: