www.science.az
20.05.2015 14:32

AMEA-nın Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsi Bürosunun tərkibi təsdiq edilib

Məlumdur ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti cari il aprel ayında keçirilmiş iclasında akademiyanın Humanitar və İctimai Elmlər Bölməsinin iki ayrı bölmə kimi fəaliyyət göstərməsilə bağlı qərar qəbul etmişdir. Qərarın icrasının təmini məqsədilə 5 may 2015-ci il tarixdə AMEA-nın Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinin birgə Ümumi iclası keçirilmiş, hər iki bölmənin büro üzvləri seçilmişdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyətinin bugünkü iclasında bölmələrin tərkibinin təsdiqi haqqında qərarlar qəbul olunmuşdur. Belə ki, AMEA-nın müxbir üzvü Nərgiz Axundova İctimai Elmlər Bölməsi Bürosunun sədri, AMEA-nın müxbir üzvü Şahin Mustafayev büronun müavini təyin olunmuşlar. AMEA-nın həqiqi üzvləri Nailə Vəlixanlı, Teymur Bünyadov, o cümlədən AMEA-nın müxbir üzvləri İlyas Babayev, Gövhər Baxşəliyeva, Yaqub Mahmudov, Şahbaz MuradovMəsumə Məlikova büronun üzvləri seçilmişlər.

Humantiar Elmlər Bölməsi Bürosunun sədri isə AMEA-nın həqiqi üzvü Teymur Kərimov, müavini AMEA-nın müxbir üzvü Muxtar İmanov təyin olunmuşlar. AMEA-nın həqiqi üzvləri Vasim Məmmədəliyev, Tofiq Hacıyev, AMEA-nın müxbir üzvləri Əliyar Səfərli, Ərtegin SalamzadəMöhsün Nağısoylu büronun üzvləri seçilmişlər.

Qərarların icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir