Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın müxbir üzvi Vaqif Quliyev Rusiyada keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək
21.05.2015 10:35
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvi Vaqif Quliyev Rusiyada keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək

AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvi Vaqif Quliyev mayın 25-dən 29-dək Rusiyada elmi ezamiyyətdə olacaq. Məqsəd Rusiyanın Steklov adına Riyaziyyat İnstitutunda keçiriləcək akademik S.M.Nikolskinin 110 illik yubileyinə həsr olunmuş “Funksiyalar fəzası və funksiyaların yaxınlaşma nəzəriyyəsi” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

Vaqif Quliyev konfransda “Karnot qruplarında təyin edilmiş kəsr inteqral operatorların lokal Morri tipli fəzalarda məhdudluğu üçün zəruri və kafi şərtlər” mövzusunda məruzə ilə çıxış edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: