Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Ramiz Məmmədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti iclasında iştirak edib
25.05.2015 02:17
  • A-
  • A
  • A+

Akademik Ramiz Məmmədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti iclasında iştirak edib

AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov mayın 19-da Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT)  Elm və Texnologiya üzrə  İşçi Qrupunun  növbəti görüşündə iştirak edib.

Tədbirdə Türkiyə, Yunanıstan, Serbiya, Rusiya, Ukrayna, Moldova, Rumıniya və digər ölkələrin alim və mütəxəssisləri  iştirak ediblər.

Məqsəd  2014-cü ilin dekabrında Bakı şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı  texnologiya sahəsində hədəfləri müəyyənləşdirilmiş beynəlxalq konfransın keçirilməsi, elm və texnologiya sahəsinə xüsusən gənclərin cəlb olunması və bu istiqamətdə fəaliyyətin gücləndirilməsi üçün tədbirlərin görülməsi idi. 

Görüşdə akademik Ramiz Məmmədov gənclər üçün müvafiq fondun yaradılması təklifini irəli sürüb. Azərbaycanlı alimin təklifi qəbul edilib.

Tədbirdə  QDİYŞ-ın Amerika Birləşmiş Ştatları ilə  əməkdaşlıq məsələləri də müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: