Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.05.2015 11:42
  • A-
  • A
  • A+

İctimai Elmlər Bölməsinin ilk iclası keçirildi

İctimai Elmlər Bölməsinin ilk iclası keçirildi

Mayın 25-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin ilk iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli gündəlikdəki məsələlərlə bağlı məlumat verdi. Büronun qarşısında duran vəzifələrdən söz açan akademik İ.Həbibbəyli bildirdi ki, AMEA Rəyasət Heyəti cari il aprel ayında keçirilmiş iclasında akademiyanın Humanitar və İctimai Elmlər Bölməsinin iki ayrı bölmə kimi fəaliyyət göstərməsilə bağlı qərar qəbul etmişdir. Qərarın icrasının təmini məqsədilə 5 may 2015-ci il tarixdə AMEA-nın Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinin birgə Ümumi iclası keçirilmiş, hər iki bölmənin büro üzvləri seçilmişdir.

Akademik İsa Həbibbəyli qeyd etdi ki, mayın 20-də keçirilmiş Rəyasət Heyətinin iclasında bölmələrin tərkibinin təsdiqi haqqında qərarlar qəbul olunmuşdur. Belə ki, AMEA-nın müxbir üzvü Nərgiz Axundova İctimai Elmlər Bölməsi Bürosunun sədri, AMEA-nın müxbir üzvü Şahin Mustafayev büronun müavini təyin olunmuşlar.

Sonra Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun “Dünya muzeylərində XV-XVI əsr Azərbaycan silahları” mövzusunda məruzəsi dinlənildi.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Tədbirdə, həmçinin İctimai Elmlər Bölməsinin fəlsəfə doktoru və elmlər doktoru proqramı hazırlığı üzrə doktorant və dissertantlarının 2015-ci il üzrə qəbul planının təsdiq olunması, Fəlsəfə və Hüquq İnstitutunun elmi tədqiqat işlərinin əhatəli planda dəyişiklik edilməsi və digər məəsələlər ətrafında müzakirələr aparıldı.

Sonda bir sıra kadr məsələlərinə də baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: