Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında elmi-praktiki seminar keçirilib
25.05.2015 10:08
  • A-
  • A
  • A+

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında elmi-praktiki seminar keçirilib

AMEA Rəyasət Heyəti Aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev, idarənin Kadrlar şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Dilguşə Mirzəyeva və  Qanunvericilik Təminatı  şöbəsinin rəisi Aygün Arifli 21-22 may 2015-ci il tarixlərində AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında olublar.

Hüquq və kadrlar idarəsinin əməkdaşları tərəfindən rəsədxananın kargüzarlıq və kadr sahələri üzrə aidiyyəti məsul işçilərinə metodiki-praktiki köməklik göstərilib.

Göstərilən metodiki-praktiki köməkliyin nəticələrinin müzakirəsi məqsədilə mayın 22-də AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında bu müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev və rəsədxananın digər rəhbər işçilərinin iştirakı ilə elmi-praktiki seminar keçirilib.

Tədbiri  giriş sözü ilə açan Ə.Quliyev elmi-praktiki seminarın əhəmiyyətindən danışıb, göstərilən təşəbbüsə görə AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə və Rəyasət Heyəti Aparatının Hüquq və kadrlar idarəsinin əməkdaşlarına təşəkkürünü bildirib.

Daha sonra  Hüquq və kadrlar idarəsinin rəisi,  hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev ölkə Prezidentinin 27 sentyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyət orqanlarında, idarə, təşkilat və müsəssisələrində kargüzarlığın aparılmasına dair təlimat”ın tələblərini seminar iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin “Azərbaycan Respublikasının əmək məcəlləsində dəyişikliklər edilməsi haqqında”  Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli qanunun və bu qanunun tətbiqi barədə ölkə Prezidentinin 3 fevral 2014-cü il tarixli Fərmanı və həmin fərmanın icrası ilə əlaqədar olaraq qəbul edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli qərarının tələblərini  iştirakçıların nəzərinə çatdırıb. R.Ağasiyev qeyd edilən normativ hüquqi aktların tələblərinə uyğun işçilərlə yenilənmiş əmək müqavilələrinin bağlanılması və bu barədə bildirişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasının zəruriliyini vurğulayıb.

Sonda R.Ağasiyev seminar iştirakçılarının suallarını cavablandırıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: