Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.05.2015 07:15
  • A-
  • A
  • A+

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Mayın 26-da AMEA Məhəmməd Füzuli adına Əlyazmalar  İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli tarixi yola nəzər salıb. Bildirilib ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan, müasir dövlətçilik tariximizdə mühüm yer tutan Azərbaycan Xalq Cümhuriyyəti özünün demokratik islahatları ilə müsəlman Şərqinin mayakına çevrilmişdir. 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, böyük bir coğrafiyanın siyasi həyatında mühüm dəyişikliklərə təkan vermişdir. Əlyazmalar İnstitutunun əməkdaşları tərəfindən AXC liderlərinin irsinin nəşr olunması sahəsində görülən işlər barədə məlumat verib.

İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli bildirib ki, bu gün Cümhuriyyətin elan olunmasından 97 il ötməsinə baxmayaraq, hər bir azərbaycanlı həmin şanlı tarixi mərhələni böyük qürur hissi ilə qeyd edir. XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin böyük siyasi dühası, dəmir iradəsi və dünya miqyaslı şöhrəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaqdan, yəni qısa zamanda müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Ulu öndər Heydər Əliyev həmin dövrdə kövrək müstəqilliyimizi qorudu və müasir, güclü, regionda lider dövlətə çevrilən Azərbaycanın təməlini qoydu. A.Əliyeva-Kəngərli bibloqraflar tərəfindən tərtib edilmiş AXC-yə dair bibloqrafiya barədə də ətraflı məlumat verib.

Tədbirdə çıxış edən institutun elmi katibi, fil.ü.f.d.Əzizağa Nəcəfov Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş bədii ədəbiyyat nümunələri, cümhuriyyəti əsərlərində vəsf etmiş şairlər barədə danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: