Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

FRIAS təqaüd proqramı təklif edir
05.12.2013 00:00
  • A-
  • A
  • A+

FRIAS təqaüd proqramı təklif edir

Frayburq İxtisasartırma İnstitutu (FRIAS - Freiburg Institute for Advanced Studies) aşağıdakı təqaüd proqramlarını açıq elan edir:

- 2014-15-ci tədris ili üçün fərdi FCFP təqaüdləri

- Gənc alimlər (PhD) üçün təqaüdlər

- Təcrübəli alimlər (PhD) üçün təqaüdlər (ən azı 6 illik iş təcrübəsi olmalıdır).

FCFP təqaüdləri 18 tədqiqatçı üçün açıqdır. Təqaüd proqramları təcrübəli alimlər üçün 3-12 ay, gənc alimlər üçün isə 12 ay (humanitar və ictimai elmlər) və ya 24 ay (təbiət elmləri, tibb, mühəndislik) müddətinə təklif olunur. Bu proqramlar tədqiqatçılara öz layihələrini həyata keçirmək imkanı verir.

Proqram Frayburq Universitetinin dəstəklədiyi bütün fənlər üzrə təkliflər üçün açıqdır.

Qeyd edək ki, FRIAS Frayburq Universitetinin Beynəlxalq tədqiqat kollecinin İnstitutudur. İnstitut innovativ tədqiqat layihələrini fərdi təqaüdlər vasitəsilə dəstəkləyir. 2008-ci ildə yaradılan institut qısa zaman ərzində böyük məşhurluq qazanıb.

Əlavə məlumatı www.frias.uni-freiburg.de/en/home səhifəsindən əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: