Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İtaliyada keçirilmiş kitab sərgisində Tarix İnstitutunun nəşrləri nümayiş etdirilib
02.06.2015 16:25
  • A-
  • A
  • A+

İtaliyada keçirilmiş kitab sərgisində Tarix İnstitutunun nəşrləri nümayiş etdirilib

14-18 may 2015-ci il tarixlərində İtaliyanın Türin şəhərində kitab sərgisi keçirilib. Sərgidə AMEA Tarix İnstitutunun italyan dilinə tərcümə olunmuş elmi nəşrlərindən olan “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (“Il kanato di Irevan. La conquista russa e la migrazione degli armeni nelle terre dell’Azerbaigian settenttrionale” ) və “Yaqub Mahmudov. Azərbaycan və Avropa” (“Yagub Mahmudov. Azerbaigian e Europa”) monoqrafiyaları nümayiş etdirilib. Hər iki əsər sərgidə xüsusi maraqla qarşılanıb.

Qeyd edək ki, görkəmli tarixçilər tərəfindən ilkin mənbələr əsasında hazırlanmış “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı fundamental monoqrafiya rus, ingilis, rumın dillərində çapdan çıxıb. Kitab, həmçinin alman  və türk dillərinə də tərcümə olunub və hazırda nəşrə hazırlanır.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun “Azərbaycan və Avropa” əsərində isə orta əsr Azərbaycan dövlətlərinin – Ağqoyunlu və Səfəvi imperiyalarının Avropa dövlətləri ilə qarşılıqlı əlaqələri ilkin mənbələr əsasında tədqiq olunub. Monoqrafiya Azərbaycan, rus və ingilis dillərində çapdan çıxıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: