Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Finlandiyada yay məktəbində iştirak edib
05.06.2015 12:33
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Finlandiyada yay məktəbində iştirak edib

AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyazaiyyat üzrə fəlsəfə doktoru Anar Rəhimov Finlandiyanın Helsinki Universitetində təşkil olunmuş tərs məsələlər üzrə yay məktəbində iştirak edib.

Əsasən doktorantlar, postdoktorantlar və gənc tədqiqatçılar üçün təşkil olunmuş yay məktəbinə müxtəlif ölkələrdən 64 iştirakçı qatılıb. Yay məktəbi müddətində tərs məsələlərə aid dörd mini kurs və əlavə olaraq iki icmal mühazirə təşkil edilib. Mini kurslarda tərs məsələlər sahəsində tanınmış alimlər Martin de Hup, Tanya Tarvanen, Erik Bonneti, Qabriel Paternan və digərləri iştirak ediblər. İcmal mühazirələrində bu sahənin müasir məsələləri və gələcək perspektivləri barədə geniş məlumat verilib.

Yay məktəbindən sonra A.Rəhimov Finlandiyanın Helsinki Universitetində keçirilən “Tətbiqi tərs məsələlər” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Konfransa müxtəlif ölkələrdən 430 iştirakçı qatılıb. A.Rəhimov konfransda “Qeyri-lokal şərtlə verilmiş hiperbolik tənlik üçün bir əmsal-tərs məsələ haqqında” mövzusunda məruzə ilə çıxış edib.

Növbəti doqquzuncu AIP 2017 konfransının Çin Respublikasında keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: