Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Neft-qaz geoekologiyasının əsasları” adlı kitab çapdan çıxıb
08.06.2015 10:18
  • A-
  • A
  • A+

“Neft-qaz geoekologiyasının əsasları” adlı kitab çapdan çıxıb

AMEA-nın Mikrobiologiya İnstitutunun Ekoloji  mikrobiologiya  laboratoriyasının müdiri, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, professor Nəriman İsmayılov və rusiyalı alimlər - Yuri Pikovski, Marina Doroxovanın birgə yazdıqları “Neft-qaz geoekologiyasının əsasları” adlı kitab çapdan çıxıb.

Nəşrdə neft-qaz ekologiyasının əsasları  barədə ətraflı məlumat yer alıb.  Kitabın I hissəsi karbohidrogen  tərkibli maddələrin - karbon qazı, neft məhsulları və toksiki geokimyəvi maddələrin, həmçinin biosferdəki karbohidrogen tərkibli maddələrin təbii və texnogen mənbələrinin tərkibi, xüsusiyyətləri, toksiki hissələrinin öyrənilməsinə həsr olunub.

II hissədə isə atmosferdə, torpaqda, bitki örtüyündə, səth və qrunt sularında, dəniz mühitində neft-qaz sənayesinin təsiri altında  baş verən dəyişikliklər analiz edilib.  Kitabın III hissəsində neft və neft məhsulları ilə çirklənmış  torpaqların və su ekosistemlərinin özünü bərpaedici  prosesləri   müzakirə olunur. Sonuncu hissədə isə ətraf mühitin  mühafizəsinin  əsas metodlarından  bəhs olunur.

Materiallar müəlliflərin çoxillik  tədqiqatları  və müasir elmi mənbələrə  əsaslanıb.

Kitab ali məktəb tələbələri, neft-qaz sahəsində fəaliyyət göstərən  mütəxəssislər, həmçinin ətraf mühitdə və cəmiyyətdə neft və qazın ekoloji əhəmiyyəti ilə maraqlanan  geniş oxucu kütləsi  üçün  nəzədə tutulub.

Kitabın elektron variantı ilə www.znanium.com saytında tanış olmaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: