Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.06.2015 07:47
  • A-
  • A
  • A+

ADA Universitetinin prorektoru AMEA Fizika İnstitutunda olub

ADA Universitetinin prorektoru AMEA Fizika İnstitutunda olub

ADA Universitetinin Texnologiya və innovasiya üzrə prorektoru Kah Məhəmmədou AMEA Fizika İnstitutunda olub. Məqsəd alimlərin elmi-tədqiqat işləri aparması üçün institutda yaradılmış innovativ şəraitlə yaxından tanış olmaq və aparılan elmi-tədqiqat işləri haqqında ətraflı məlumat əldə etməkdir.

Qonaq bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovla görüşüb. Görüşdə Fizika İnstitutu ilə ADA Universiteti arasında tədris və elm sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonra qonaq institutun İnnovasiya sektorunda fəaliyyət göstərən müasir avadanlıqlarla tanış olub. Fizika İnstitutunun ən müasir avadanlıqlarla təchiz olunduğunu qeyd edən K.Məhəmmədou burada alimlərin elmi-tədqiqat işləri aparması üçün yaradılmış şəraiti yüksək qiymətləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: