www.science.az
25.06.2015 06:45

AMEA-nın İctimai Elmlər və Humanitar Elmlər bölmələrinin elmi katibləri təyin edilib

AMEA Rəyasət Heyətinin 24 iyun 2015-ci il tarixli iclasında filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimovanın AMEA-nın İctimai Elmlər Bölməsinin elmi katibi vəzifəsinə təyin edilməsi haqqında qərar qəbul edilib.

Digər bir qərarla isə Arzu Məmmədxanlı AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi katibi vəzifəsinə təyin edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.