
25.06.2015 08:02
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimova Azərbaycanda tarix, arxeologiya elminin inkişafındakı xidmətləri və anadan olmasının 70 illiyi ilə əlaqədar AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin 24 iyun 2015-ci il tarixli iclasında qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.