Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın vitse-prezidenti Beynəlxalq Geodeziya və Geofizika İttifaqının 26-cı Baş Assambleyasının iclasında iştirak edir
30.06.2015 11:48
  • A-
  • A
  • A+

AMEA-nın vitse-prezidenti Beynəlxalq Geodeziya və Geofizika İttifaqının 26-cı Baş Assambleyasının iclasında iştirak edir

AMEA-nın vitse-prezidenti, Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin (AMGGK) prezidenti, akademik İbrahim Quliyev Çexiyada Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (BGGİ) 26-cı Baş Assambleyasının iclasında iştirak edir. Baş Assambleyanın işi çərçivəsində akademik İbrahim Quliyev Rusiya, Gürcüstan, Hindistan, Türkiyə, Macarıstandan olan alimlərlə bir sıra görüşlər keçirib. Görüşlərdə mövcud elmi əlaqələr və gələcəkdə yeni istiqamətlərin yaradılması məsələləri müzakirə edilib.

İyulun 2-dək davam edəcək tədbirdə, həmçinin AMGGK-nın baş katibi, AMEA Rəyasət Heyətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev, komitənin Beynəlxalq Seysmologiya və Yer Təkinin Fizikası Assosiasiyasının (BSYFA) milli nümayəndəsi, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban YetirmişliGeologiya və Geofizika İnstitutunun Geotermiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya üzrə elmlər doktoru Abdulvahab Muxtarov da istirak edirlər.

Assambleyanın iş planına uyğun olaraq, Qurban Yetirmişli “2012-2014-cü illər ərzində Azərbaycanda baş vermiş güclü zəlzələlərin seysmik moment tenzorunun hesablanması üçün təyin edilmiş alqoritm”, Abdulvahab Muxtarov isə “Azərbaycanda bəzi geotermal quyuların energetik resursları”, “Temperatur paylanma modelləri” və “Azərbaycan ərazisinin temperatur və istilik seli məlumatları” mövzularında məruzələrlə çıxış edecəklər. Həmçinin Assambleyanın Şura İclasında Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin rəhbərliyi BGGİ-nın prezidentinin, vitse-prezidentinin, baş katibinin, xəzinədarının, büro və maliyyə komitəsinin üzvlərinin dörd il müddətinə, eyni zamanda 27-ci baş assambleyanın 2019-cu ildə hansı ölkədə keçiriləcəyi ilə bağlı seçkilərində iştirak edəcək.

100-dən artıq ölkədən 4300 nümayəndənin iştirak etdiyi assambleya öz işinə BGGİ-nin assosiasiyaların plenar çıxışları və yığıncaqları ilə davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: