www.science.az
01.07.2015 12:30

Radiasiya Problemləri İnstitutunun əməkdaşı Moskvada elmi ezamiyyətdə olub

AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı, professor Rövşən Xəlilov 20-28 iyun 2015-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyələşdirdiyi “Neftin fiziki-kimyəvi xassələrinə fiziki amillərin təsirinin kompleks tədqiqi” adlı beynəlxalq qrant layihəsi çərçivəsində Moskva şəhərində ezamiyyətdə olub.

Səfər müddətində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsinin alimləri ilə birgə müasir cihaz və üsullarla layihə mövzusu üzrə bir sıra elmi-tədqiqat işləri yerinə yetirilib. Həmçinin Rusiya Elmlər Akademiyasının A.V.Şubnikov adına Kristalloqrafiya İnstitutunda Messbauer spektroskopiyası ilə mühüm elmi nəticələr alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir