www.science.az
01.07.2015 13:55

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” Qızıl medalına layiq görülüb

“Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin rəhbəri, tarix üzrə elmlər doktoru Əsədulla Cəfərov “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” Qızıl medalı ilə təltif olunub.

Alim bu mükafata milli-mənəvi dəyərlərimizin qorunmasında, cəmiyyətdəki fəal ziyalı mövqeyi, Qarabağın qədim tarixinin, Azıx, Tağlar paleolit düşərgələrinin arxeologiya elminin müasir tələbləri səviyyəsində tədqiqi sahəsində apardığı uğurlu elmi tədqiqatları, çoxsaylı elmi-publisistik kitabları, gənclərdə vətənpərvərlik hisslərinin aşılanması və ölkədə arxeologiya elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir