Məlum olduğu kimi, AMEA-nın vitse-prezidenti, Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin prezidenti, akademik İbrahim Quliyev Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (BGGİ) 26-cı Baş Assambleyasının iclasında iştirak etmək məqsədilə Çexiyada elmi ezamiyyətdə olub.
Səfər müddətində İ.Quliyev AMEA-da çalışan və hazırda ölkə Prezidentinin 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsilini davam etdirən doktorantlarla da görüşüb.
Cografiya İnstitutunun doktorantı Elnur Səfərov (Fransa) və Fəlsəfə və Hüquq İnstitutunun doktorantı Sevil Əliyeva (İsveçrə) ilə görüşən AMEA-nın vitse-prezidenti onların tədqiqatları, elmi araşdırmaları ilə maraqlanıb. Görüşdə birgə fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir