Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Böyrək və sidik axarı daşlarının transuretral endoskopik üsullarla müalicəsi” adlı kitab işıq üzü görüb
09.07.2015 14:41
  • A-
  • A
  • A+

“Böyrək və sidik axarı daşlarının transuretral endoskopik üsullarla müalicəsi” adlı kitab işıq üzü görüb

“Böyrək və sidik axarı daşlarının transuretral endoskopik üsullarla müalicəsi” adlı kitab çapdan çıxıb. Nəşrin müəllifləri Azərbaycan Tibb Universitetinin (ATU) Urologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyev, Daxili İşlər Nazirliyinin (DİN) Tibb İdarəsinin Respublika Hospitalının rəisi, Respublikanın Əməkdar həkimi, tibb üzrə fəlsəfə doktoru Ramiz Əkbərov, ATU-nun Urologiya kafedrasının asistenti, tibb üzrə fəlsəfə doktoru Rəşad Məmmədov və DİN-in Tibb İdarəsinin Respublika Hospitalının Uronefrologiya şöbəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru Nahid Zairovdur.

Kitabda sidik axarı və böyrək daşlarının transuretral endoskopik yolla müalicə üsullarından bəhs edilir.

Nəşr sidik axarı və böyrək daşlarının diaqnostikası, həm də transuretral endoskopik üsullarla müalicəsi ilə məşğul olan uroloqlar üçün dəyərli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: