AMEA Polimer Materialları İnstitutunun Elektro və bioaktiv polimer materialları laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov Azərbaycan Respublikası “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı və diplomu ilə təltif olunub.
Alim bu mükafata milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, yüksəkmolekullu birləşmələr kimyası, sənaye istehsalı olan termoplastların tədqiqi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkənin neft-kimya tarixində göstərdiyi əvəzsiz xidmətlərinə görə layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir