www.science.az
06.12.2013 00:00

AMEA əməkdaşı Avropa İttifaqı proqramlarında iştirak perspektivlərinə həsr olunmuş görüşdə iştirak edib

AMEA Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Zərifə Əliyeva Belçikanın Brüssel şəhərində Avropa Komissiyasının təşkilatçılığı ilə keçirilmiş Avropa Qonşuluq Siyasətinə daxil olan ölkələrin rəsmi nümayəndələri üçün ”Avropa İttifaqı (Aİ) proqramlarında iştirak perspektivləri”nə həsr olunmuş görüşdə iştirak edib.

Tədbirin məqsədi tərəfdaş ölkələr üçün Aİ proqramları haqqında geniş məlumat vermək, proqramlardan istifadənin perspektivləri barədə təlimatlandırmaqdır.

Qeyd edək ki, Aİ tərəfdaş ölkələr üçün yeni “Horizon 2020” Çərçivə proqramı təklif edir. Bu proqram ölkələr üçün tədqiqat və innovasiyanın inkişafına xidmət edir. Proqramın bu ay təqdimatı nəzərdə tutulur.

Xatırladaq ki, Avropa Komissiyasının cari ilin noyabrın 14-də Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığının iclasında Aİ ilə Azərbaycan arasında tədqiqat və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi, bu sahədə Avropa məkanına inteqrasiyanın sürətləndirilməsi və s. məsələlər müzakirə edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.