Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Luqano şəhərində olub
29.07.2015 10:41
  • A-
  • A
  • A+

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Luqano şəhərində olub

İsveçrənin Luqano şəhərində “Milan EKSPO-2015" sərgisi çərçivəsində “Azərbaycan enerjisi” mövzusunda konfrans keçirilib. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə tədbirdə iştirak edib. Luqano şəhər meriyası tərəfindən təşkil olunmuş konfransa İsveçrənin və İtaliyanın banklarından, biznes qurumlarından və səhiyyə təşkilatlarından nümayəndələr qatılıblar.

Tədbirdə akademik İbrahim Quliyev "Azərbaycan neftinin dünəni, bu günü və gələcəyi", Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nazim Məmmədov "Azərbaycanda bio və nanotexnologiyaların perspektivləri", Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov "Dünyanın yeganə müalicəvi əhəmiyyətli yağı: Naftalan yağı" mövzularında məruzə ilə çıxış ediblər.

Konfransda, həmçinin “Milan EKSPO-2015" sərgisinin AMEA üzrə kordinatoru, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva da iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: