www.science.az
04.08.2015 08:55

Azərbaycan komandası XXVII Beynəlxalq İnformatika Olimpiadasına qatılıb

26 iyul - 2 avqust tarixlərində Qazaxıstanın Almatı şəhərində şagirdlər arasında XXVII Beynəlxalq İnformatika Olimpiadası (BİO) keçirilib. Olimpiadanın təşkilatçıları Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi,  “Darın” Respublika Elmi-praktik Mərkəzi və Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti olub.

Olimpiadada Azərbaycan məktəbliləri də iştirak ediblər. Milli komandaya Bakı Dövlət Universitetinin dosenti, məktəblilərdən ibarət informatika üzrə ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri Ramin Mahmudzadə və AR Təhsil Nazirliyinin Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdiri İsmayıl Sadıqov rəhbərlik edib. Komandanın tərkibində 4 məktəbli -  Elgün Cəbrayılzadə, Kamal Eyyubov, Rüstəm Ağayev və Şərif Əfəndi iştirak edib.

Qeyd edək ki, İnformatika üzrə Beynəlxalq Olimpiada 1989-cu ildən başlayaraq hər il müxtəlif ölkələrdə keçirilir. Azərbaycan məktəbliləri Olimpiadada 1994-cü ildən iştirak edirlər. 2019-cu ildə BİO-nun Azərbaycanda keçiriləcəyi qərara alınıb.

Növbəti BİO 2016-cı ildə ilk dəfə olaraq Rusiya Federasiyasında keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir