Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Dövlətin regional siyasətinin formalaşmasında Aran iqtisadi rayonunun rolu müzakirə edilib
09.12.2013 00:00
  • A-
  • A
  • A+

Dövlətin regional siyasətinin formalaşmasında Aran iqtisadi rayonunun rolu müzakirə edilib

AR İqtisadiyyat və Sənaye Nazirliyi Aran Regional Bölməsi, AMEA İqtisadiyyat İnstitutu və Mingəçevir Politexnik İnstitutunun (MPİ) bigə təşkilatçılığı ilə Mingəçevir şəhərində “Dövlətin regional siyasətinin formalaşmasında Aran iqtisadi rayonunun rolu: reallıqlar və perspektiv inkişaf” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan MPİ-nun rektoru, professor Akif Hacıyev tədbirin önəmliyini vurğulayıb.

Tədbirdə çıxış edən AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad üzrə elmlər doktoru, professor İsa Alıyev sürətlə inkişaf edən Azərbaycan dövlətinin iqtisadi uğurlarından bəhs edib. Son illər müstəqil Azərbaycanın böyük uğurlar qazanaraq beynəlxalq aləmdə yüksək nüfuz sahibi olduğunu söyləyən İ.Aliyev bildirib ki, uğurlara Prezident İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olunmuşdur. Bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir.

Plenar iclasda, həmçinin MPİ-nin prorektoru, i.e.d., professor Veysəl Eyyubov, AR İqtisadiyyat və Sənaye Nazirliyi Aran Regional Bölməsinin rəhbəri Elbrus Hüseynov, Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, t.e.d., professorMəhəmməd Əhmədov, AMEA İqtisadiyyat İnstitutunun direktor müavini, i.ü.f.d.Allahyar Muradov və MPİ-nin baş müəllimi Nazim Niftəliyev çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: