Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Fiziologiya İnstitutu Ukrayna Tibb Elmləri Akademiyasi ilə birgə tədqiqatlara  başlayıb
14.08.2015 05:45
  • A-
  • A
  • A+

AMEA Fiziologiya İnstitutu Ukrayna Tibb Elmləri Akademiyasi ilə birgə tədqiqatlara başlayıb

“Uzunömürlülüyün molekulyar-genetik əsaslarının işlənməsi” elmi-tədqiqat layihəsi çərçivəsində AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutu Azərbaycanın cənub bölgəsində yaşayan uzunömürlülərin fizioloji göstəricilərinin müqayisəli tədqiqatlarını aparıblar.

Bu tədqiqatların məqsədi qocalma prosesinə ekoloji və bioloji faktorların qarşılıqlı təsirini araşdırmaqdır. Uzunömürlülərin müayinəsi və elmi tədqiqatların aparılması Fiziologiya İnstitutu, Azərbaycan Tibb Universiteti, Cahangir Abdullayev adına Elmi-tədqiqat Kardiologiya İnstitutu və Ukrayna Tibb Elmləri Akademiyasının birgə əməkdaşlığı ilə baş tutub. Ukraynanı təmsil edən alimlər qrupuna Ukrayna Tibb Milli Elmlər Akademiyasının həqiqi üzvü, D.F.Çebataryov adına Herontologiya İnstitutunun direktoru V.Bezrukov başçılıq edib.

Layihə çərçivəsində nəzərdə tutulmuş işlərin həyata keçirilməsi üçün bir qrup əməkdaş yüksək uzunömürlülük indeksinə malik olan Lənkəran rayonunda yaşayan uzunömürlülər və onların yaxın qohumları arasında bir sıra tibbi-bioloji müayinələr aparıblar. Toplanan materiallar üzərində tədqiqatlar davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: