Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov beynəlxalq jurnalın redaksiya heyətinin üzvlüyünə dəvət alıb
20.08.2015 08:41
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov beynəlxalq jurnalın redaksiya heyətinin üzvlüyünə dəvət alıb

AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov "Springer" nəşriyyatına daxil olan və genetik ehtiyatlar sahəsində dünya üzrə aparıcı akademik nəşr sayılan impakt faktorlu “Genetic Resources and Crop Evolution” jurnalının redaksiya heyətinə üzv olmaq üçün dəvət alıb.

Nəşriyyatın həyat elmləri üzrə redaktoru Elodie Tronche tərəfindən imzalanmış dəvətnamədə professor Zeynal Əkpərova bitki genetik ehtiyatları sahəsində elmi xidmətlərinə və nailiyyətlərinə, “Springer” nəşriyyatının elmi jurnalları, xüsusən də “Genetic Resources and Crop Evolution” jurnalı ilə elmi rəyçi kimi çoxillik əməkdaşlıq əlaqələrinə görə sözügedən nəşrin redaksiya heyətinə daxil olmaq təklif edilir.

Qeyd etmək lazımdır ki, Z.Əkpərovun tanınmış jurnalın redaksiya heyətinə üzv seçilməsi ona bütün digər üstünlüklərlə yanaşı, ildə burada çap edilmək üçün 10-12 məqalə təqdim etməyə imkan verəcək. Bu da Azərbaycan elminin nüfuzunu daha da artıracaq.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: