Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan alimləri Moskvada keçirilən konfransda məruzələrlə çıxış ediblər
21.08.2015 05:46
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Moskvada keçirilən konfransda məruzələrlə çıxış ediblər

AMEA Coğrafıya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və bu qurumun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə Moskva Dövlət Universitetində (MDU) keçirilən “Coğrafiya, mədəniyyət və cəmiyyət dünyanın gələcəyi üçün” mövzusunda regional konfransın işində iştirak etmək üçün Moskva şəhərinə ezam olunublar.

Rusiya Coğrafiya Cəmiyyəti, Beynəlxalq Coğrafiya İttifaqı, Moskva Dövlət Universiteti (MDU) və Rusiya Elmlər Akademiyası tərəfindən təşkil olunmuş konfransa dünyanın 60 ölkəsindən 1500-dən artıq alim və mütəxəssis qatılıb.

Tədbirin açılışında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamı konfrans iştirakçılarına çatdırılıb.

Konfransda mühüm problemlər müzakirə olunub, bütün dünyada coğrafiya sahəsində aparılan tədqiqatların nəticələri araşdırılıb.

Akademik R.Məmmədov E.Əlizadə ilə birgə hazırladığı “Xəzər dənizi sahilləri landşaftlarının transformasiyası və onların landşaft planlaşdırılması təcrübəsi”, E.Əlizadə isə İ.Kuçinskaya və S.Quliyeva ilə birgə işlədikləri “Azərbaycanın arid landşaftlarının antropogen təsirlər altında deqradasiyası” mövzularında poster-məruzələrlə çıxış ediblər.

İGU - Beynəlxalq Coğrafiya İttifaqının Ali Şurası akademik Ramiz Məmmədovun təqdimatından sonra 2017-ci ildə Bakıda 300-dən artıq xarici mütəxəssisin iştirakı ilə “Enerji coğrafiyası və tarazlı inkişaf” mövzusunda tematik beynəlxalq konfransın keçirilməsi qərarına gəlib.

Konfrans səmərəli müzakirələr, poster sessiyaları, plenar və tematik mühazirələr, elmi ekskursiyalar və digər maraqlı tədbirlərlə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: