Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

"Tarla günləri Qəbələ-2015" ümumrespublika sərgisinin açılışı olub
28.08.2015 05:36
  • A-
  • A
  • A+

"Tarla günləri Qəbələ-2015" ümumrespublika sərgisinin açılışı olub

Avqustun 28-də Qəbələ rayonunda AMEA-nın da təmsil olunduğu "Tarla günləri Qəbələ-2015" adlı ümumrespublika sərgisinin açılışı olub. Tədbirin açılışında Neft-Kimya Prosesləri İnsitutunun direktoru, akademik Vaqif Abbasov "Kənd təsərrüfatı sahəsində mövcud olan müəssisələrin birgə əməkdaşlığı" mövzusunda məruzə ilə çıxış edib.

Sərgi AR Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və "Gilan Holding" MMC-nin təşkilati dəstəyi ilə baş tutub.

Tədbirdə AMEA-nın nəzdində fəaliyyət göstərən elmi müəssisə və təşkilatlardan Aqrar Elmlər Bölməsinə daxil olan Eroziya və Suvarma, Torpaqşünaslıq və AqrokimyaGenetik Ehtiyatlar institutları, o cümlədən Neft-Kimya Prosesləri İnstitutu və Təcrübə-Sənaye Zavodu iştirak edib.

Sözügedən müəssisələrin elmi araşdırmalarını özündə ehtiva edən müxtəlif tipli nəşrlər, mütərəqqi suvarma texnikaları, GİS texnologiyası ilə tərtib olunmuş elektron xəritələr, zavodun istehsal etdiyi məhsullar, buğda və tərəvəz sortları AMEA-nın sərgidə fərqli pavilyonlar sırasında yer almasına səbəb olub.

Sərgidə, həmçinin AMEA "Qızıl Zəhmətkeş" adlı fəxri diplom və mükafatla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: