Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı astrofizik alimin elmi nailiyyətləri yüksək qiymətləndirilib
31.08.2015 03:07
  • A-
  • A
  • A+

Azərbaycanlı astrofizik alimin elmi nailiyyətləri yüksək qiymətləndirilib

192 ölkədən 1 400 000-dən çox rəsmi qeydiyyatdan keçmiş  abunəçi alimi olan ResearchGate elm şəbəkəsi tərəfindən Şamaxı Astrofizika Rəsədxanasının direktoru v.i.e., AMEA-nın müxbir üzvü Namiq Cəlilova təbrik məktubu ünvanlanıb.

Məktubda N.Cəlilovun elmi işlərinə dünya alimləri tərəfindən olan müraciət və istinadların sayının rekord həddi aşaraq  3000-ni keçdiyi bildirilir.

N.Cəlilovun elmi publikasiyaları ResearchGate tərəfindən RG Score = 28.22 bal ilə qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: