www.science.az
08.09.2015 11:39

Xarici alimlərlə birgə əməkdaşlıq mühüm elmi nəticələrin əldə olunmasında böyük əhəmiyyət kəsb edir

Xarici alimlərlə elmi-texniki sahədə birgə əməkdaşlıq mühüm nəticələrin əldə olunması baxımından böyük əhəmiyyət kəsb edir. AMEA İnformasiya Texnologiyaları İnstitutu Malayziyanın Malaya Universitetinin alimləri ilə birgə tədqiqatlar aparır,  mühüm elmi nəticələr əldə olunur. Bu yaxınlarda institut əməkdaşlarının xarici alimlərlə birgə hazırladığı “Automatic summarization assessment through a combination of semantic and syntactic information for intelligent educational systems” (“İntellektual təhsil sistemləri üçün semantik və sintaktik informasiyanın kombinasiyası vasitəsilə referatların avtomatik qiymətləndirilməsi”) adlı məqaləsi Böyük Britaniyanın “Information Processing & Management” (impakt faktor: 1.265) jurnalında dərc olunub.

Məqalənin müəllifləri Asad Abdi, Norisma İdris, akademik Rasim Əliquliyev və texnika elmləri doktoru Ramiz Alıquliyevdir

Məqalədə  təklif olunan metod sözlər arasındakı semantik münasibətləri və onların sintaktik kompozisiyasını nəzərə alır. Bu metod qısa referatların qiymətləndirilməsində digər metodlarla müqayisədə yüksək nəticə verir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir