Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dahi şair və dramaturq Hüseyn Cavid və Cavidlər ailəsinin irsinin təbliği məqsədilə izahlı kataloq hazırlanır
08.09.2015 13:13
  • A-
  • A
  • A+

Dahi şair və dramaturq Hüseyn Cavid və Cavidlər ailəsinin irsinin təbliği məqsədilə izahlı kataloq hazırlanır

AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən dahi şair və dramaturq Hüseyn Cavid və Cavidlər ailəsinin irsinin təbliği məqsədilə izahlı kataloq hazırlanır.

Bu elm müəssisəsinin direktoru, cavidşünas alim, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının elmi rəhbərliyi ilə hazırlanan izahlı kataloqda böyük dramaturq, filosof şair H.Cavid və Cavidlər ailəsinin üzvlərinə aid muzeyin fondunda qorunan və sərgilənən eksponatların (əlyazmalar, kitablar, dövrü mətbuat materialları, sənədlər, incəsənət nümunələri və s.) hər biri haqqında izahlı məlumat verilir.

Hazırda muzeyin fondunda mühafizə olunan 10 min 735 eksponatın böyük bir hissəsi haqqında lazımi məlumatlar toplanıb və sistemləşdirilib.

Nəşr ediləcək izahlı kataloqun dahi Hüseyn Cavidin və Cavidlər ailəsinin zəngin irsinin təbliğində əhəmiyyətli rolu olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: