Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Avropa Parlamentinin qərəzli və sifarişli qətnaməsi və Azərbaycan reallıqları
15.09.2015 08:44
  • A-
  • A
  • A+

Avropa Parlamentinin qərəzli və sifarişli qətnaməsi və Azərbaycan reallıqları

Avropa Parlamentinin Azərbaycan haqqında təcili dinləmələr keçirməsi və haqsız qətmanə qəbul etməsi ümumiyyətlə ədalətə və qanunun aliliyinə ziddir və hörmətsizlikdir. Avropa Parlamentində heç bir alt qurumda, komitədə müzakirə edilmədən tələsik şəkildə iclasa çıxarılan məsələ açıq-aşkar Azərbaycana qərəzli münasibətin ifadəsidir. Azərbaycan haqqında ədalətsiz, yanlış və qərəzli qətnamə qəbul etməsi Avropa Parlamentinindövlətlərin və xalqların hüquqlarını qorumaq iqtidarında olmadığını göstərir. Əksinə, onlara qara yaxma kampaniyasını həyata keçirir. İndiyə qədər biz belə halları ölkəmizdəki inkişafa kölgə salmağa çalışanların paxıllığı və qısqanclığı kimi başa düşürdük. Təəssüf ki, 10 sentyabrda tələm-tələsik təcili dinləmələrdən sonra qəbul edilmiş qətnamə göstərir ki, Avropa Parlamentindəki bir çox siyasi qurumlar Azərbaycana qarşı sadəcə paxıllıq yox, düşmənçilik siyasəti aparırlar. Dünya ictimaiyyəti də, Azərbaycan xalqı da dərindən başa düşür ki, Avropa Parlamentininatdığı addım Azərbaycandakı inkişafla heç cür barışa bilməyən qüvvələrin iç üzünün əks-sədasıdır. Bu bədnam qətnamə Azərbaycan dövlətinin apardığı müstəqil siyasətdən qorxuya düşənlərin vahiməsi və təzyiq vasitəsidir. Qəbul olunan qətnamə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk növbədə öz xalqı arasında və beynəlxalq aləmdəki böyük nüfuzunu qəbul edə bilməyən qüvvələrin bədxahlığını, dargözlüyünü üzə çıxarır. Azərbaycan xalqı isə yaxşı görür ki, analitik siyasi təfəkkürə, ümummilli ideallara dərindən bağlı olmasına və bəşəri dəyərlərə ehtiram göstərməsinə görə dünya ölkələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə müqayisə edilə biləcək siyasi lider göstərmək çətindir. Xalqımız haqlı olaraq özünün lideri, görkəmli dövlət xadimi İlham Əliyevlə fəxr edir və onun ətrafında sıx birləşir. Qərb ölkələrinin ictimaiyyəti arasında da Avropa Parlamentininmüstəqil olmadığı, sifarişli və qərəzli qərarlar qəbul etdiyi barədə dəfələrlə natrahatlıqlar ifadə olunmuşdur. Bu parlament bir-iki dövlətə Avropanın lideri statusu qazandırmaq, digər ölkələri həmin liderlərdən asılı salmaq siyasətini həyata keçirir. Məhz buna görə də Avropa Parlamenti müstəqil siyasət aparan, qarşılıqlı, bərabər hüquqlu əməkdaşlığa açıq ölkə olan Azərbaycanı sıxışdırmaq, təzyiq göstərmək və asılı ölkə səviyyəsinə salmaq üçün cidd-cəhd göstərir. Avropadakı asılı ölkələrin acınacaqlı vəziyyəti, bu ölkələrdəkidərin və genişmiqyaslı böhran Avropa Parlamentinin və onu dəstəkləyən qurumların demokratiya adı altında həyata keçirdikləri totalitar siyasətin real nəticəsidir. Məhz həmin siyasətin nəticəsidir ki, Qərbdəki bir çox ölkələrdə hətta hakimiyyət böhranı yaşanmaqdadır. Qarşısıalınmaz böyük miqrant dalğasının yaranması da Avropa Parlamenti kimi qurumların dünya ölkələrində apardıqları məkrli siyasətin acı mənzərəsidir.

Avropa Parlamentinin qətnaməsi Azərbaycan reallığından çox uzaq olan uydurmadır, şər və böhtandır. Ölkəmizdə insan hüquqları dövlət tərəfindən qorunur, demokratik cəmiyyətin daha da inkişaf edib möhkəmlənməsi üçün ardıcıl olaraq islahatların keçirilməsi davam etdirilir. Xalqımız, o cümlədən ziyalılarımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü və düşünülmüş siyasəti tam dəstəkləyir. Azərbaycan xalqla iqtidarın möhkəm birliyinə nümunə, model ola biləcək bir ölkədir. Ölkəmizdəki sabit tolerant mühit, normal inkişaf ritmləri, vətəndaş cəmiyyətinin ardıcıl və ahəngdar inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi Azərbaycanın dövlət müstəqilliyinin böyük bəhrəsidir.

Avropa Parlamenti Azərbaycanla Qərb arasında, dünya ölkələri arasında sədd çəkə bilməz. Azərbaycan Respublikası özünün dövlətlərarası münasibətlərini qurmaq və inkişaf etdirmək sahəsində böyük təcrübə əldə etmişdir. Beynəlxalq ictimaiyyətin böyük dəstəyi ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatında Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, bir müddət bu yüksək qurumdakı mötəbər bir bölməyə Sədrlik funksiyasını həyata keçirməsi beynəlxalq münasibətlər sistemində tutduğumuz yeri, malik olduğumuz rolu, aparılan siyasəti və qazanılan nəticəni çox aydın şəkildə ifadə edir. Əslində, ölkəmizdə demək olar ki, hər gün beynəlxalq əməkdaşlıq üçün məqsədyönlü addımlar atılır və bu, davam edən bir prosesdir. Avropa Parlamenti isə ölkələr və xalqlar arasına nifaq, ayrıseçkilik, qarşıdurma toxumları səpməkləməşğuldur.

Avropada böyük nüfuza malik olan Avropa Xalq Partiyası, Milliyyətlər və Azadlıq Avropası kimi qrupların Avropa Parlamentiilə həmrəy olmamaları, Azərbaycanın haqq işinə dəstək vermələri buparlamentinöz siyasətinə təzədən baxması zərurətini meydana çıxarır.Eyni zamanda ayrı-ayrı partiyaların və qrupların mövqelərini nəzərə almaması Avropa Parlamentinin demokratik ptrinsiplərdən uzaq olduğunu göstərir. Bizə qərəzli və sifarişli Avropa Parlamenti yox, Avropa ölkələri və xalqları ilə həmrəylik lazimdir.Azərbaycan müstəqil dövlət olaraq dünya ölkələri ilə əlaqələrini inkişaf etdirməkdə davam edir. Avropa Parlamentinin qərəzli qurumlarına,birtərəfli, təzyiq və qarayaxma siyasətinə əsaslanan Avronest Parlament Assambleyasına ölkəmizin ehtiyacı yoxdur. Böhranın dərinləşdiyi bir vaxtda Avronest ParlamentAssambleyası kimi lüzumsuz qurumu ümumiyyətlə saxlamağa heç bir ehtiyac yoxdur. Düşünürəm ki, Azərbaycanın Avronest təşkilatından çxması digər üzv ölkələrin də eyni addım atmasına təkan verəcəkdir. Ümumiyyətlə, Avropa Parlamentinin qəbul etdiyi ədalətsiz qətnamə Qərbin siyasi təşkilatlarını etibardan salır. Bu qətmanə Avronest təşkilatının iflasına gətirib çıxarmalıdır.

Bundan başqa, Qərbin Şərq tərəfdaşlığı adı altında irəli sürdüyü müddəalar qarşılıqlı əməkdaşlığı yox, birtərəfliqaydada təzyiqlərihəyata keçirməyə cəhd göstərməsinin ifadəsidir. Fikrimcə, Şərq tərəfdaşlığının bu istiqamətdə inkişafı, Şərqə doğru deyil, Şərqə qarşı, onun əleyhinə olan hərəkatdır. Bütövlükdə Şərq tərəfdaşlığı məsələsi yenidən müzakirə edilərək onun strategiyası və taktikası ciddi surətdə nəzərdən keçirilib aydınlaşdırılmalıdır. İndiki halda, hazırkı mövcud formatda Şərq tərəfdaşlığında iştirak etməkardıcıl olaraq anlaşılmaz vəziyyətlərlə üz-üzə qalmaqdan başqa bir şey deyildir.

Avropa parlamentinin ədalətsiz qərarının arxasında Qərbdəki ermənipərəst və islamofob qüvvələrin və onların havadarlarının dayandığı məlumdur. Azərbaycanda isə ulu öndərimiz Heydər Əliyevin vaxtilə böyük dəqiqliklə bildirdiyi kimi, hakimiyyətin mənbəyi xalqdır. Azərbaycan dövləti və xalqı müstəqillik illərində böyük nailiyyətlər qazanmışdır. Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdəki vətəndaş azadlığına tam təminat verir. Ölkəmizdə cəmiyyət həyatının bütün sahələri sürətlə inkişaf edir. Azərbaycan xalqı isə Azərbaycan Prezidenti İlham Əliyevlə tamamilə həmrəydir. Xalq-iqtidar birliyi ölkəmizi indiki yüksək inkişaf səviyyəsinə çatdırmışdır. Xalqımızın birliyi, ölkəmizdəki ümummilli həmrəylik müstəqillik illərində keçirilən seçkilərin hamısının sabitlik şəraitində və mütəşəkkil səviyyədə keçməsini təmin etmişdir. Xalqımız və ölkəmiz istənilən siyasi məqamda bundan sonra da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında birlik və mütəşəkkillik nümayiş etdirəcəkdir.

İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

 

 

  • Paylaş: