Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyi IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında iştirak edir
16.09.2015 08:42
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyi IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında iştirak edir

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi AR Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 16-da Bakı İdman Sarayında təşkil olunan IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında iştirak edir.

Sentyabrın 18-dək davam edəcək kitab sərgi-yarmarkasında bu müəssisə tərəfindən nəşr etdirilən elmi kitablar, muzeyin eksponatları və kolleksiyalarına həsr edilən kataloqlar, həmçinin bukletlər və digər materiallar nümayiş olunacaq.

Qeyd edək ki, sərgi-yarmarkada ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Özbəkistan, İran, Misir, Nigeriya, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Slovakiya, Serbiya, Moldova, Ukrayna, Belarus, Estoniya və Yunanıstandan nəşriyyat və poliqrafiya müəssisələri, digər müvafiq qurumlar iştirak edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: