Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan alimlərinin məqaləsi Rusiyanın nüfuzlu jurnalında dərc olunub
17.09.2015 05:39
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin məqaləsi Rusiyanın nüfuzlu jurnalında dərc olunub

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri Gülnarə Nəbibəyovanın “Ölkələr arasında inteqrasiya proseslərinin ölçülməsinə bir yanaşma haqqında” adlı məqaləsi Rusiyanın “Telekommunikatsii” jurnalında dərc olunub.

Məqalədə “ölkələrin inteqrasiyası”, “ölkələrin inteqrasiya dərəcəsinin indikatorları” kimi anlayışlar nəzərdən keçirilib. Ölkələrin inteqrasiya dərəcəsinin müəyyən olunması üçün indikator qismində ölkələr arasında kontaktların sayı və bağlanmış beynəlxalq müqavilələrin sayı təklif olunub. OLAP-texnologiyalar əsasında xarici siyasət sahəsində qərarların qəbul edilməsini dəstəkləyən sistemin verilənlər anbarının layihələndirilməsinə yanaşma təklif olunub. Burada ölkələrin inteqrasiya dərəcəsinin müəyyən olunması məqsədilə təklif edilmiş indikatorlar nəzərə alınıb. Bəzi statistik yanaşmaların hesablanması ilə bağlı qərarların qəbul edilməsini dəstəkləyən sistemin imkanları göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: