Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Beynəlxalq kitab sərgi-yarmarkasında Hüseyn Cavidin Ev Muzeyi öz nəşrləri ilə iştirak edib
21.09.2015 08:33
  • A-
  • A
  • A+

Beynəlxalq kitab sərgi-yarmarkasında Hüseyn Cavidin Ev Muzeyi öz nəşrləri ilə iştirak edib

Bakıda keçirilən IV Beynəlxalq kitab sərgi-yarmarkasında AMEA Hüseyn Cavidin Ev Muzeyi öz nəşrləri ilə fəal iştirak edib.

Sərgidə nümayiş etdirilən "Hüseyn Cavid: həyat və sənət yolu" (2006), "Hüseyn Cavid. Əsərləri. 5 cilddə" (2007), "Cavid Hikməti. Seçmə aforizmlər" (2008), "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid" (2010), "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid. 10 cilddə" (2011), "Cavidşünaslıq: elmi araşdırmalar toplusu.10 cilddə" (2012), "Heydər Əliyev və Hüseyn Cavid" (2013), "Turan Cavid. Ömür salnaməsi" (2014) və digər kitablar böyük maraq doğurub.

Sərgi-yarmarkanın açılış mərasimində iştirak edən Baş nazirinin müavini Elçin Əfəndiyev, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, həmçinin xarici qonaqlar Hüseyn Cavidin ev-muzeyinin təşkil etdiyi stendə xüsusi maraq göstəriblər.

Nazir Ə.Qarayev "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid. 10 cilddə" və "Turan Cavid. Ömür salnaməsi" kitabları ilə yaxından tanış olaraq onları Azərbaycan mədəniyyətinin təbliği istiqamətində böyük bir iş kimi qiymətləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: